Вернуться назад Распечатать

Mətbuatın cəmiyyətimizin inkişafında böyük rolu var

Milli Mətbuatımızın yaranması günü xalqımız və cəmiyyətimiz üçün bayramıdır. Düz
151 il bundan əvvəl görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabi Azərbaycan Milli
Mətbuatının əsaını qoydu. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən Azərbaycan
dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını
tarixə yazmışdır. “Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı,
peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi.
Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində
böyük tarixi xidmətlər göstərdi.
Müstəqillik əldə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il
iyulun 22-si Milli Mətbuatın yaranması günü kimi qeyd olunur. Azərbaycanda fikir, söz və
məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun
təməlidir. Digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin daim
diqqət mərkəzindədir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət orqanları və
ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində Mətbuat
Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır. Bu gün ölkədə nəşr olunan yüzlərlə qəzet-
jurnal, o cümlədən, televiziya kanalları, elektron informasiya vasitələri aktual problemlərin
işıqlandırılması baxımından özünə geniş oxucu və tamaşaçı auditoriyası toplamışdır.
Ölkəmizdə söz və mətbuat azadlığı var. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və
jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya
texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə
çevirmişdir.
Yeni dövr Milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının
təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi
gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla
əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun qəbul
edilib. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin
yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və
şaxələndirilməsinə yeni imkanlara yaradacaqdır.
Azərbaycan mediasında kişilərlə yanaşı, həyatını bu peşəyə həsr etmiş neçə-neçə
qadın jurnalistimiz var. Onlar Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində
fədakarcasına çalışır, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyət
göstərirlər. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirmiş və bu gündə şərəfli missiyanı davam etdirirlər. Onlar
vətənpərvərliklərini təkcə qələmləri ilə deyil, eyni zamanda öz qəhrəmanlıqları ilə sübut edirlər.
Vətən uğrunda canından keçən milli qəhrəman Salatın Əskərova da jurnalist idi. Onun əziz
xatırəsi həmişə xalqımızın qəlbindədir. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif
medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Əziz mətbuat işçiləri, mən bir daha sizi səmimi qəlbdən təbrik edir, hamınıza yaradıcılıq
uğurları arzulayıram.
Fuad Mirzəyev,
Sabirabad rayonunda fəaliyyət göstərən “Kanal 15 TV”-nin rəhbəri