Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə telefon danışığı apardığını açıqlayıb.
1xeber.media xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, söhbət zamanı diplomatik səylərin gücləndirilməsi və sülhə nail olunmasının sürətləndirilməsi məsələləri müzakirə olunub.
Zelenski bildirib ki, Kiyev və Vaşinqton nümayəndələri arasında sıx təmaslar davam edir.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Volodimir Zelenskinin yaxın vaxtlarda görüşə biləcəyini və bunun müsbət hadisə olacağını söyləmişdi.