Вернуться назад Распечатать

Finlandiyalı siyasətçi Kallası tənqid edib

Finlandiyalı siyasətçi Armando Mema Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya ilə bağlı açıqlamalarını sərt tənqid edib.

1xeber.media xəbər verir ki, Mema bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Avropa diplomatiyadan imtina etməklə Ukraynaya kömək etmir, əksinə, onu qalib gələ bilməyəcəyi müharibəni davam etdirməyə məcbur edir.

Mema həmçinin hesab edir ki, Avropa İttifaqı rəhbərliyi böhranın diplomatik həllini tapa bilmədiyi üçün ukraynalıların çəkdiyi əzabların davam etməsində məsuliyyət daşıyır.

Xatırladaq ki, Kaya Kallas daha əvvəl Rusiyanın Avropa ölkələri üçün ekzistensial təhlükə yaratdığını bildirmiş, Avropa İttifaqının Ukraynaya dəstəyini və müdafiə imkanlarının gücləndirilməsini davam etdirəcəyini vurğulamışdı.

Qeyd edək ki, xəbərdə yer alan fikirlər Armando Memanın şəxsi mövqeyini əks etdirir.