Вернуться назад Распечатать

ABŞ: Tramp Ukraynada sülh üçün əlindən gələni edir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Prezident Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edir.

1xeber.media xəbər verir ki, Uolts bu barədə TASS-a açıqlamasında danışıb.

“Prezident Tramp müharibəni dayandırmaq üçün əlindən gələni edir”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri hələlik yekun razılaşmanı dəstəkləməyə hazır deyillər. Buna baxmayaraq, ABŞ administrasiyası münaqişənin başa çatması üçün təzyiq göstərməyə və diplomatik səylərini davam etdirməyə çalışır.

Uolts həmçinin Trampın seçki kampaniyası zamanı Ukrayna münaqişəsini qısa müddətdə dayandıracağı ilə bağlı vədinə toxunaraq bildirib ki, prezident və komandası böyük səylər göstərsə də, bu proses gözlənildiyindən daha mürəkkəbdir.

Bundan əvvəl Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda görüşə biləcəyini və bunun müsbət addım olacağını ifadə etmişdi.