Вернуться назад Распечатать

Rusiyada Wildberries hücumlarına cavabla bağlı təklif səsləndirilib

 

  1. Rusiyada fəaliyyət göstərən “Arxangel Spetsnaza” adlı Telegram kanalı Wildberries şirkətinin logistika mərkəzlərinə edilən hücumlara cavab olaraq Ukraynanın logistika infrastrukturuna zərbələrin endirilməsini təklif edib.

    1xeber.media xəbər verir ki, kanalın paylaşımında Ukraynadakı bəzi logistika obyektlərinin hərbi təchizat üçün istifadə edildiyi iddia olunub.

    Müəlliflər bu cür obyektlərə qarşı zərbələrin Ukrayna Silahlı Qüvvələrinin təchizat imkanlarını zəiflədə və Rusiya ərazisinə hücumların sayını azalda biləcəyini irəli sürüblər.

    Bundan əvvəl Rusiyanın “Wildberries” marketpleysinin rəhbəri Tatyana Kim şirkətin logistika mərkəzlərinin hücuma məruz qaldığını bildirmişdi. Onun sözlərinə görə, əməkdaşlar operativ şəkildə təxliyə olunub və hazırda aidiyyəti qurumlarla birlikdə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

    Qeyd edək ki, xəbərdə yer alan təkliflər Telegram kanalının müəlliflərinə məxsus fikirlərdir və rəsmi dövlət mövqeyini əks etdirmir.