Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN sammiti çərçivəsində görüşə başlayıblar.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, tərəflər görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki məsələləri müzakirə edirlər.
Bundan əvvəl Sergey Lavrov Donald Trampın Ukrayna münaqişəsinin mümkün nizamlanması ilə bağlı bəyanatı haqqında Marko Rubionun mövqeyini öyrənmək niyyətində olduğunu bildirmişdi.
Marko Rubio isə görüşdə Vaşinqtonun Ukrayna münaqişəsinin həllində konstruktiv rol oynamaq imkanlarını müzakirə edəcəyini açıqlamışdı.
Qeyd edək ki, bundan əvvəl politoloq Konstantin Bloxin Lavrov və Rubio arasında keçirilən görüşdən Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş gözləmədiyini bildirmişdi.