Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Dünya Kuboku finalından sonra Argentinaya uçuşundan əvvəl Nyu-York hava limanında FTB tərəfindən saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Həbs Argentina Futbol Assosiasiyasının maliyyə və kommersiya əməliyyatları ilə bağlı araşdırma zamanı baş verib. Prezidentdən və təşkilatın digər üzvlərindən kompüterlər və mobil telefonlar müsadirə edilib.
Xatırladaq ki, Argentina Dünya Kuboku finalında İspaniyaya 1-0 hesabı ilə məğlub olub.