İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Qofman iki həftə əvvəl Vaşinqtona səfər edərək ABŞ rəsmiləri ilə görüşlər keçirib.
1xeber.media xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Qofman görüşlər zamanı İranla bağlı kəşfiyyat məlumatları, o cümlədən “Pikaks dağı”ndakı obyekt, uran məsələsi və İran iqtisadiyyatı barədə məlumatlar təqdim edib.
CNN səfərlə bağlı əlavə məlumat almaq üçün Ağ Evə müraciət edib, lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) şərh verməkdən imtina edib.
Məlumata əsasən, Belarusda doğulan general-mayor Roman Qofman 2026-cı ilin iyununda İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri təyin olunub.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar CNN-in mənbələrinə əsaslanır.