Вернуться назад Распечатать

Ukraynada Rusiyanın “Dvuşka” PUA-sı müşahidə edilib

Ukraynada Rusiyaya məxsus K-8 “Dvuşka” adlı zərbə tipli pilotsuz uçuş aparatının müşahidə edildiyi bildirilib.

1xeber.media xəbər verir ki, bu barədə “Voennaya xronika” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, bu PUA xarici görünüşünə görə “Molniya” dronunun kiçildilmiş versiyasına bənzəyir.

Yayılan məlumatda qeyd olunur ki, K-8-in ilk versiyası plastik materialdan hazırlanıb və standart batareya ilə təxminən 20 dəqiqə havada qala bilib. Alternativ akkumulyatordan istifadə zamanı uçuş məsafəsinin 40 kilometrə qədər artdığı bildirilir.

Ukrayna tərəfinin məlumatlarına əsasən, yenilənmiş versiya daha böyük yük daşımaq imkanına malikdir, yüksək sürəti və kompozit-köpük konstruksiyası sayəsində taktiki məsafədə zərbələr endirmək üçün istifadə oluna bilər.

Həmçinin bildirilib ki, PUA elektron mübarizə vasitələrinə qarşı dayanıqlıdır, əllə buraxılış imkanına və döyüş hissəsinin aktivləşdirilməsi üçün iki mərhələli sistemə malikdir.

Qeyd edək ki, məlumat Telegram kanalı və tərəflərin açıqlamalarına əsaslanır, müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.