Вернуться назад Распечатать

Kallas husilərə müraciət etdi

Avropa İttifaqının (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Yəmən husilərini Səudiyyə Ərəbistanına və beynəlxalq gəmiçiliyə qarşı təhdidlərini dayandırmağa çağırdı.

1xeber.media xəbər verir ki, müvafiq bəyanat Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti tərəfindən dərc edilib.

Kallas bildirib ki, husilərin Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etməklə bağlı son təhdidləri regional sabitliyə birbaşa təhlükə yaradır. O, Qırmızı dənizdə neft tankerinə edilən hücumu "qəbuledilməz və qanunsuz" adlandırıb və gəmiçiliyin maneəsiz aparılmasının vacibliyini vurğulayıb.

Ali Nümayəndə əlavə edib ki, husilər beynəlxalq gəmiçiliyi təhdid edən bütün hərəkətləri dayandırmalı və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidirlər. O, həmçinin bir daha təkrarlayıb ki, AB-nin ASPIDES dəniz əməliyyatı regionda naviqasiya azadlığını qorumağa davam edəcək.

Husilər əvvəllər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər. Bu qərar Səudiyyə Ərəbistanının əvvəllər tətbiq etdiyi Səna hava limanının blokadasına cavab olaraq verilib.