* Şaiq Cəfərov Zeynalabdı oğlunun adına – "MOV" MMC.
ddiaçı məhkəmədən Əhəd Əsgərova və onun payçı olduğu şirkətlərə məxsus aşağıdakı əmlakların üzərinə həbs qoyulmasını istəyib:
* Bakıda iki müxtəlif ünvanda yerləşən qeyri-yaşayış sahələri;
* Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 134;
* Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 77, mənzil 135;
* Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən fərdi yaşayış evi;
* Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, mənzil 37;
* Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi;
* Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospektində yerləşən qeyri-yaşayış binası;
* Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0931 hektar torpaq sahəsi;
* Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0944 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi;
* Abşeron rayonu, Masazır kəndində yerləşən 5,5912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,04124 hektar hissəsi;
* Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
* Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, mənzil 1;
* Şirvan şəhəri, F.Xoyski küçəsində yerləşən qeyri-yaşayış sahələri;
* Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 270,5 və 93,1 kvadratmetr sahəsi olan qeyri-yaşayış binaları.
Həmçinin aşağıdakı nəqliyyat vasitələrinə də həbs qoyulması tələb edilib:
* "Mercedes C220 CDI" markalı minik avtomobili;
* "QAZ 33021" markalı yük avtomobili;
* "Hyundai Santa Fe" markalı minik avtomobili.
Məhkəmə ərizəni qismən təmin edib.
Qərara əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Xoyski küçəsindəki qeyri-yaşayış sahələrinin, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binalarının, həmçinin "Mercedes C220 CDI", "QAZ 33021" və "Hyundai Santa Fe" markalı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilib.
Qeyd edək ki, Əhəd Əsgərov milyonlarla manat borc fonunda rəhbərlik etdiyi "Optimal Elektronika" MMC-ni 2023-cü ildə satıb.