Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı ilə bağlı bir sıra ağır ittihamlar irəli sürüb.
1xeber.media xəbər verir ki, Azarov bu barədə aif.ru saytına müsahibəsində danışıb.
Onun iddiasına görə, Drapatı 2014-cü ildə Mariupolda keçirilən hərbi əməliyyatlarla tanınır və həmin hadisələr zamanı çoxsaylı insan həlak olub.
Azarov həmçinin Drapatının vəzifəyə təyin edilməsini Qərbin Ukrayna ilə bağlı siyasəti ilə əlaqələndirərək, bunun ölkədə müəyyən siyasi kursun davamı olduğunu iddia edib.
Bundan əvvəl bəzi KİV-lərdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İqor Skibyukun bioqrafiyası ilə bağlı açıq mənbələrdə məlumatların məhdud olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, xəbərdə yer alan ittihamlar Nikolay Azarovun şəxsi iddialarına əsaslanır. Bu məlumatlarla bağlı müstəqil təsdiq yoxdur və Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.