Вернуться назад Распечатать

Belə xəbərlərin yayılması ailəmə pis təsir edir - Montiel

Nizam-intizama riayət etmədiyim barədə deyilənlər yalandır.

1xeber.media Qol.az-a istinadla xəbər verir ki, bunu“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montiel UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sına qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həqiqətən də bu müddət ərzində çox xoşagəlməz xəbərlər yayıldı:

“Onların heç biri həqiqətə uyğun deyildi. Xüsusən də nizam-intizama riayət etmədiyim barədə deyilənlər yalandır. Belə xəbərlərin yayılması həm mənə, həm də ailəmə pis təsir edir. İndiyə qədər heç bir klubda nizam-intizamla bağlı problemim olmayıb. İlk mərhələdə adımın sifariş vərəqəsinə daxil edilməməsi məşqçinin qərarıdır. Komandada futbolçu çoxdur. Hamı özünü göstərmək istəyir. Lakin kimin heyətə layiq olduğunu baş məşqçi daha yaxşı bilir”.

Qeyd edək ki, daha əvvəl Montielin nizam-intizama riayət etmədiyi üçün baş məşqçi Qurban Qurbanov tərəfindən komandadan uzaqlaşdırılması barədə məlumat yayılmışdı.