Rusiyanın “Svaroq” Elmi-İstehsalat Mərkəzinin nümayəndəsi Ukraynanın yaxın vaxtlarda lazer silahı əldə edəcəyi ilə bağlı açıqlamaların daha çox informasiya effekti yaratmağa hesablandığını iddia edib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mərkəzin nümayəndəsinin sözlərinə görə, Ukraynanın qısa müddətdə öz lazer texnologiyasını hazırlamaq imkanları məhduddur.
Onun iddiasına əsasən, əgər belə sistemlər Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə verilərsə, onların Qərb ölkələrində istehsal olunması və ya başqa mənbələrdən məhdud sayda əldə edilməsi ehtimalı daha yüksəkdir.
Nümayəndə hesab edir ki, bu silahların sınaqlarından sonra onların geniş tətbiqi barədə açıqlamalar verilə bilər, lakin real istifadənin məhdud sayda nümunələrlə məhdudlaşacağını iddia edib.
Qeyd edək ki, xəbərdə yer alan fikirlər Rusiyanın “Svaroq” Elmi-İstehsalat Mərkəzinin nümayəndəsinin iddialarına əsaslanır. Bu məlumatlarla bağlı Ukrayna tərəfi rəsmi mövqe açıqlamayıb.