Вернуться назад Распечатать

Rusiya daha iki yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində yerləşən Zaxarovka və İvaşkino yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü bəyan edib.

1xeber.media xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

Məlumata görə, yaşayış məntəqələri Rusiyanın “Şimal” qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.

Nazirlik iddia edir ki, son bir həftə ərzində həmin qruplaşma Xarkov vilayətində ümumilikdə dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Bundan əvvəl Rusiya tərəfi Artelnoye və Voloxovskoye yaşayış məntəqələrinin də nəzarətə götürüldüyünü açıqlamışdı.

Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Ukrayna tərəfi bu iddiaları təsdiqləməyib və münaqişə zonasındakı vəziyyəti müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.