Вернуться назад Распечатать

Macarıstan Ukrayna və Moldovanın Aİ danışıqlarını bloklayıb

Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarında növbəti prosedur mərhələsinin başlanmasına mane olub.

1xeber.media xəbər verir ki, bu barədə Euractiv diplomatik mənbələrə və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, çərşənbə günü keçirilən texniki iclasda Budapeşt növbəti prosedur addımlarını bloklayıb. Bu səbəbdən Ukrayna və Moldova sentyabrın 1-dək daxili bazar və rəqabət qabiliyyəti üzrə islahatlarla bağlı rəsmi danışıqlara başlaya bilməyəcək.

Avropa Komissiyası daha əvvəl yay aylarının sonuna qədər hər iki ölkə ilə üzvlük danışıqlarının qalan mərhələlərini açmağa ümid etdiyini bildirmişdi.

Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sülhün əldə olunmasının əsas şərt olduğunu bəyan etmiş və Aİ-nin münaqişənin həlli üzrə danışıqlarda daha fəal iştirakını dəstəklədiyini söyləmişdi.