Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı sahibkar İlon Maska Starlink sistemi ilə bağlı müraciət edib.
1xeber.media xəbər verir ki, Zaxarovanın açıqlaması onun Telegram kanalında yayımlanıb.
Diplomat İlon Maskın Qərb siyasətçilərinin Rusiyadan qoşunlarını geri çəkməsini tələb etməsini tənqid edən fikirlərinə münasibət bildirərək, “Starlink-i geri çəkməyi” təklif edib.
“Fikri davam etdirmək və Starlink-i geri çəkməyi təklif etmək istəyirəm. İnsanlar ölməsin deyə”, – deyə Zaxarova qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynanın silah sistemlərinin hədəflərinin müəyyənləşdirilməsində iştirak etdiyini iddia etmiş və bu prosesdə Starlink sistemindən istifadə olunduğunu bildirmişdi.
Qeyd edək ki, xəbərdə yer alan fikirlər Rusiya rəsmilərinin bəyanatlarına əsaslanır. ABŞ, Starlink və Ukrayna tərəfi bu açıqlamalarla bağlı fərqli mövqe bildiriblər.