Almaniyalı məşqçi Yurgen Klopp rəsmi olaraq Almaniya milli komandasının baş məşqçisi olub.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşqçi 2030-cu il Dünya Kubokuna qədər müqavilə imzalayıb. O, əvvəllər "Mainz", "Borussiya Dortmund" və "Liverpul" komandalarını çalışdırıb. "Liverpul"la 2019-cu ildə Çempionlar Liqasını qazanıb və 2020-ci ildə İngiltərə çempionu olub.
Klopp, 2026-cı il Dünya Kubokundan sonra vəzifəsindən ayrılan Julian Nagelsmannı əvəz edəcək.
Almaniya millisi Dünya Kubokunun 1/16 finalında Paraqvaya məğlub olub.