Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən xarici vətəndaşların əsas məqsədinin pul qazanmaq olduğunu iddia edib.
1xeber.media xəbər verir ki, Bastrıkin bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna tərəfində döyüşən xarici şəxsləri “asan pul qazanmaq istəyi” motivasiya edir. Bastrıkin bildirib ki, hazırda Ukrayna ordusunun sıralarında ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələr daxil olmaqla 70-dən çox dövlətdən olan muzdluların olduğu iddia edilir.
Rusiya İstintaq Komitəsinin rəhbəri qeyd edib ki, istintaq orqanları 4 mindən çox şəxsin kimliyini müəyyən edib və bu istiqamətdə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmisinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi isə bu iddialarla bağlı fərqli mövqe nümayiş etdirir.