Вернуться назад Распечатать

Putin İrkutsk səfərindən sonra Omska gedəcək

Rusiya Prezidenti Vladimir Putin İrkutsk səfərini başa vurduqdan sonra Omsk şəhərinə yollanacaq.

1xeber.media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, Omskda Rusiya və Qazaxıstan arasında XXII Regionlararası Əməkdaşlıq Forumu keçiriləcək.

Kremlin nümayəndəsi qeyd edib ki, Putin İrkutskda yerləşən aviasiya zavoduna baş çəkmək qərarını bir ay əvvəl Moskva vilayətində M. M. Qromov adına Uçuş Tədqiqat İnstitutunda keçirilən müşavirənin davamı kimi qəbul edib. Həmin görüş Rusiya aviasiya sənayesinin inkişafına həsr olunmuşdu.

İrkutsk səfəri zamanı dövlət başçısına ilk 18 seriyalı MS-21 təyyarəsinin istehsalı və modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl Putin iqtisadiyyatın əsas sahələrinin vəziyyətinin sabit olduğunu bildirib.