Banqladeş prezidenti Məhəmməd Şahabuddin Çuppu bu gün istefa verib.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 76 yaşlı dövlət başçısı artıq qərarı barədə Baş nazir Tariq Rəhmanı məlumatlandırıb. O, səhhətində yaranan problemlərə görə istefa verdiyini açıqlayıb.
Qanuna görə, Parlamentin sədri Hafiz Uddin Əhməd müalicə aldığı Tailanddan qayıtdıqdan sonra istefasını qəbul etməlidir. Onun bu gün Dəkkəyə gələcəyi gözlənilir.
Şahabuddin 2023-cü ilin aprel ayından bəri prezident vəzifəsində çalışır. 2024-cü ildə kütləvi tələbə etirazları fonunda Baş nazir Şeyx Hasinanın istefasından sonra Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus ölkənin müvəqqəti hökumətinə rəhbərlik edib.