Вернуться назад Распечатать

Durov Gürcüstanı təriflədi: İldə 8% böyüyür, vergi 0...

Gürcüstan böyük biznes mərkəzlərindən birinə çevrilir.

1xeber.media xəbər verir ki, bunu Teleqramın yaradıcısı və milyarder Pavel Durov özünün X səhifəsində yazıb.

“Ölkənin iqtisadiyyatı 5 ildə ikiqat artıb və ildə 8% böyüyür. Beynəlxalq texnologiya şirkətləri üçün korporativ mənfəət vergisi 0%, dividendlər və maaş üzrə vergi isə cəmi 5%-dir.

Gürcüstan həm səyahət, həm də biznes üçün olduqca perspektivli olmasına baxmayaraq, hələ də layiq olduğu qiyməti almayan ölkələrdən biridir”, - o qeyd edib.