Вернуться назад Распечатать

Ukraynada Odessaya yük daşımaları məhdudlaşdırıldı

 

  1. Ukraynanın “Ukrayna Dəmir Yolları” (“Ukrzaliznitsya”) şirkəti Odessaya yük daşımalarını məhdudlaşdırmağa başlayıb.

    1xeber.media xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yayılıb.

    Bildirilib ki, Odessa limanı istiqamətində bəzi yük daşımalarına məhdudiyyət tətbiq edilib. Xüsusilə, “Çernomorskaya-Eksport” stansiyasına Odessa Liman Zavodu üçün nəzərdə tutulan bütün yüklərin, eləcə də Odessa-Port stansiyasına arpa daşınmasının göndərilməsi dayandırılıb.

    Şirkət yük göndərişlərinin məhdudlaşdırılmasının səbəbləri barədə açıqlama verməyib.

    Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukrayna ərazisində yerləşən obyektlərə yüksək dəqiqlikli hava silahları və hücum dronları ilə qrup halında zərbələr endirildiyini bildirib. Məlumata görə, hədəflər arasında Odessa, İzmail və Nikolayev limanları da olub.