Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarını əhatə edir) yeni rəis təyin edilib.
1xeber.media xəbər verir ki.Qaynarinfo-nun məlumatına görə, Haciyev Ruslan İskəndər oğlu həmin idarəyə rəisi təyin olunub.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əmr imzalayıb.
Agentlikdən Qaynarinfo-ya xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Ruslan Haciyev uzun illər Quba rayonu Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.