Вернуться назад Распечатать

Elşən Salahov Mərdəkan və Şüvəlan qəsəbələrində abadlıq-quruculuq işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına, eləcə də Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, regionlarda və paytaxt qəsəbələrində genişmiqyaslı abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.

1xeber.media xəbər verir ki,görülən işlər çərçivəsində Bakı Abadlıq Xidməti tərəfindən Xəzər rayonunun qəsəbələrində də bir neçə layihə uğurla həyata keçirilməkdədir.

Hazırda Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin müxtəlif küçə və məhəllələrində aparılan genişmiqyaslı abadlıq işləri nəticəsində  evlərin dam örtükləri yenilənir, fasadları təmir olunur, darvazalar və qapılar rənglənir. Küçələrə daş örtüyü döşənir, işıqlandırma sistemləri yenilənir. Yaşlı və gənc nəslin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə parklar və yaşıllıq sahələri salınır. 

Bakı Abadlıq Xidməti tərəfindən görülən işlərlə yerində tanış olmaq məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Mərdəkan və Şüvəlan qəsəbələrində olub, həyata keçirilən layihələrin gedişini nəzərdən keçirib və aidiyyəti qurumların nümayəndələri ilə görülən işlərin keyfiyyəti və vaxtında başa çatdırılması ilə bağlı müzakirələr aparıb.

 Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşən qəsəbə sakinləri həyata keçirilən abadlıq-quruculuq işlərindən məmnunluqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.