Вернуться назад Распечатать

Tramp Putinin simvolik hədiyyəsinə belə reaksiya verdi

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin simvolik hədiyyəsinə reaksiyası açıqlanıb.

1xeber.media xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) ABŞ nümayəndə heyətinə rəhbərlik etmiş Rodni Mims Kuk bildirib.

Onun sözlərinə görə, forum zamanı Trampın salamını Putinə çatdırdıqdan sonra Rusiya lideri xokkey terminindən istifadə edərək Ağ Ev rəhbərinə şaybanın qaytarılmasını xahiş edib.

Kuk qeyd edib ki, Putin əslində xokkey şaybası təqdim etməyib. ABŞ-a qayıtdıqdan sonra isə o, simvolik mənanı ifadə etmək üçün özü bir xokkey şaybası alaraq Trampın masasına qoyub.

Onun sözlərinə görə, hədiyyənin mənasını izah etdikdən sonra Tramp gülərək buna müsbət reaksiya verib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutmuşdu. Kremlin məlumatına görə, təxminən 1 saat 25 dəqiqə davam edən söhbətdə tərəflər bir sıra aktual məsələləri müzakirə ediblər.