Böyük Britaniyanın Fəhlə Partiyasının baş katibi Pol Kennon bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərdə məğlub olacağı və ya legitimliyini itirəcəyi təqdirdə, London ona qeyd-şərtsiz dəstəyini davam etdirməyə bilər.
1xeber.media xəbər verir ki, Kennon bu barədə RİA Novosti agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Böyük Britaniya cəmiyyəti dərin şəkildə bölünüb və hakim dairələr konkret siyasi fiqurlara deyil, öz maraqlarına uyğun hərəkət edirlər.
Kennon qeyd edib ki, Zelenski hazırda öz rolunu yerinə yetirdiyi üçün dəstək alır, lakin uğursuzluğa düçar olacağı və ya legitimliyini itirəcəyi halda, Britaniya hakimiyyətinin mövqeyini dəyişməsi mümkündür.
Britaniyalı siyasətçi əlavə edib ki, ölkə əhalisinin əhəmiyyətli hissəsi Ukraynaya hərbi və maliyyə yardımını dəstəkləmir. Onun fikrincə, daxili sosial və iqtisadi problemlərin arxa plana keçirilməsi cəmiyyətdə narazılığı artırır.
Qeyd edək ki, bu açıqlamalar Pol Kennonun şəxsi mövqeyini əks etdirir və Böyük Britaniya hökumətinin rəsmi siyasətini ifadə etmir.