Vladimir Zelenski Amerika prezidenti Donald Trampı tarixin ən yaxşı ABŞ prezidenti adlandırmaqdan imtina etdi.
1xeber.media xəbər verir ki, o, bu açıqlamanı amerikalı bloqçu Laura Loomer ilə müsahibəsində verib.
ABŞ-ın ən böyük lideri kimi hesab etdiyi soruşulduqda, ukraynalı siyasətçi ölkənin 16-cı prezidenti Avraam Linkolnu seçdi. Zelenski həmçinin Trampı "yaxşı" və "güclü" lider kimi təsvir etsə də, onun tarixi əhəmiyyətini qəti şəkildə qiymətləndirməkdən yayındı.
"O (Tramp - red.) ən yaxşı olub-olmamasından asılı olmayaraq - əlbəttə ki, tarix buna cavab verəcək. Bəzən biz bir insanla yanaşı yaşayırıq və onun əhəmiyyətini başa düşmürük. Bəzən kiməsə abidələr qoyulur, lakin sonradan onun böyük insan olmadığını aşkar edirik. Buna görə də düşünürəm ki, insanları sağlığında mühakimə etmək düzgün deyil", - deyə Zelenski vurğulayıb.