Вернуться назад Распечатать

Rusiya: Ukraynanın PUA logistika mərkəzlərinə zərbələr endirilib

 

  1. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) logistika mərkəzlərinə və saxlanma yerlərinə zərbələr endirildiyini açıqlayıb.

    1xeber.media xəbər verir ki, bu barədə nazirliyin rəsmi məlumatında bildirilir.

    Açıqlamaya əsasən, zərbələr operativ-taktiki aviasiya, zərbə PUA-ları, raketlər və artilleriya vasitəsilə həyata keçirilib.

    Nazirlik iddia edir ki, əməliyyat zamanı uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsal sexləri, logistika mərkəzləri və saxlanma məntəqələri, eləcə də Ukrayna ordusunun istifadə etdiyi yanacaq-enerji, nəqliyyat və liman infrastrukturu hədəfə alınıb.

    Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna silahlı birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşdiyi məntəqələrə 152 rayonda zərbələr endirilib.

    Qeyd edək ki, bu xəbərdə yer alan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Ukrayna tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.