Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır.
1xeber.media Report-a istinadla xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.