Вернуться назад Распечатать

Çində dəhşətli tayfun: 700 min insan təxliyə edildi

Çinin cənubundakı Guangdong əyalətində Noul tayfunu səbəbindən 715 mindən çox insan təxliyə edilib.

1xeber.media xəbər verir ki, bu barədə “Nanfanq Deyli” nəşri məlumat yayıb.

Məlumata görə, tayfun iyulun 26-da səhər tezdən Huizhou şəhəri sahilinə çatıb. Episentrdə küləyin sürəti saniyədə 45 metr təşkil edib.

Sinoptiklər tayfunun şimal-qərbə doğru hərəkət edəcəyini və tədricən zəifləyəcəyini proqnozlaşdırırlar.