Вернуться назад Распечатать

İsraillə qarşıdurmadan qaçmağa çalışırıq - Şara

İsraillə münaqişə bu dövlətlə təhlükəsizlik tədbirləri barədə saziş bağlamağa can atan Suriyanın maraqlarına cavab vermir.

1xeber.media xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Əş-Şara deyib.

"Biz regionda hərbi eskalasiyadan ehtiyat edirik və İsraillə qarşıdurmadan qaçmağa çalışırıq. Dəməşq dost ölkələrin dəstəyi ilə İsraillə təhlükəsizlik üzrə sazişin əldə olunması istiqamətində işləyir. Belə bir sazişin bağlanması Yaxın Şərqdə hərtərəfli sülhə yol aça bilər", - Şara bildirib.