1xeber.media xəbər verir ki, Helsinki Universitetinin professoru Tuomas Malinen Rusiyanın Ukraynanın limanlarına və digər obyektlərinə endirdiyi zərbələrin müharibənin başa çatmasını sürətləndirə biləcəyini iddia edib.
O, X sosial şəbəkəsində paylaşdığı fikirdə bildirib ki, Rusiya Odessa limanını bağlamağa qərar verib və növbəti addım kimi Qərb istiqamətindəki nəqliyyat dəhlizinin bağlanması qalır.
Malinenin sözlərinə görə, belə bir halda Ukrayna kapitulyasiya edə, ölkə rəhbərliyi isə hakimiyyətdən gedə bilər. O, bunun sülhə gətirib çıxaracağını iddia edib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson da Rusiya ordusunun Ukrayna limanları və sənaye müəssisələrinə güclü zərbələr endirməklə yanaşı, cəbhədə də irəliləyiş əldə etdiyini bildirmişdi.
Qeyd edək ki, bu açıqlamalar müəlliflərin şəxsi mövqeyini əks etdirir və münaqişə ilə bağlı fərqli qiymətləndirmələr mövcuddur.