1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Yaroslavl vilayətinə hücum etdiyi bildirilir.
Vilayət qubernatoru Mixail Yevrayevin sözlərinə görə, təhlükəsizlik məqsədilə Yaroslavl şəhərindən Moskva istiqamətinə çıxış müvəqqəti olaraq bağlanıb. Məhdudiyyət Moskva prospekti ilə Cənub-Qərb dairəvi yolunun kəsişməsindən başlayaraq tətbiq olunur.
Bildirilib ki, sürücülərə həmin istiqamətdə səfərlərdən müvəqqəti imtina etmək və ya alternativ marşrutlardan istifadə etmək tövsiyə olunub. Qubernator əlavə edib ki, təhlükəsizlik tədbirləri davam etdirilir.
Xatırladaq ki, iyulun 26-dan 27-nə keçən gecə də Ukrayna PUA-larının Sevastopola hücum etdiyi, hava hücumundan müdafiə qüvvələrinin Balaklava rayonunda üç pilotsuz uçuş aparatını vurduğu açıqlanmışdı. Bu barədə şəhər rəhbəri Mixail Razvojayev məlumat vermişdi.