1xeber.media xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti iyulun 25-də “Sibirin Gücü” qaz kəməri vasitəsilə Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekordun qeydə alındığını açıqlayıb.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, tədarükün dəqiq həcmi açıqlanmasa da, bu, 2026-cı ilin əvvəlindən bəri qeydə alınan üçüncü rekord göstəricidir. Bildirilib ki, qaz tədarükü “Qazprom” ilə Çinin CNPC şirkəti arasında imzalanmış uzunmüddətli müqavilə çərçivəsində həyata keçirilir.
Xatırladılıb ki, “Qazprom” 2024-cü il dekabrın 1-də müqavilə üzrə maksimal ixrac səviyyəsinə çatdıqdan sonra da Çinə gündəlik qaz nəqlində bir neçə dəfə rekord göstəricilər elan etmişdi.
Qərb KİV-lərinin məlumatına görə, “Sibirin Gücü-2” qaz kəmərinin tikintisinə dair danışıqlar davam etsə də, əsasən qiymət məsələsində fikir ayrılıqları səbəbindən tərəflər hələlik yekun razılığa gələ bilməyiblər.