Вернуться назад Распечатать

Dünyanın ən bahalı məktəblərindən birinin məzunu maraqlı faktlar açıqlayıb

1xeber.media xəbər verir ki, Reddit istifadəçisi BestPage7141 İsveçrədə yerləşən dünyanın ən bahalı məktəblərindən birində təhsil aldığı dövrdən maraqlı xatirələrini bölüşüb.

Məzun məktəbin adını açıqlamasa da, digər istifadəçilər onun təsvirinə əsasən söhbətin Institut Le Rosey məktəbindən getdiyini ehtimal ediblər.

Onun sözlərinə görə, məktəbdə müxtəlif ölkələrin nüfuzlu ailələrinin övladları, o cümlədən diktator kimi xarakterizə edilən liderlərin uşaqları da təhsil alırdı.

Məzun xatırladıb ki, tələbələrdən biri imtahandan yayınmaq üçün şəxsi təyyarə icarəyə götürmüşdü. O əlavə edib ki, tədris proqramı ümumilikdə adi olsa da, bədən tərbiyəsi dərslərində şagirdlər xizək sürür, həmçinin bir neçə xarici dili öyrənmək məcburiyyətində qalırdılar.

Onun sözlərinə görə, fransız və ispan dilləri əsas seçimlər sırasında idi, şagirdlərdən eyni zamanda ana dillərini də bilmələri tələb olunurdu. Müəllif zarafatla bildirib ki, rusiyalı dostlarından rus dilində dərslərdə öyrənəcəyindən daha çox söz öyrənib.