Вернуться назад Распечатать

Belqorodda Ukrayna hücumu nəticəsində 12 nəfər yaralanıb

1xeber.media xəbər verir ki, iyulun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin (VSU) Rusiyanın bir sıra bölgələrinə hücum etdiyi bildirilib.

Məlumata görə, ən genişmiqyaslı hücum Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərinə olub. Hücumun bir saatdan çox davam etdiyi, şəhərdə onlarla partlayış səsinin eşidildiyi və yanğınların başladığı qeyd olunur.

Hadisə nəticəsində 12 nəfərin, o cümlədən iki uşağın yaralandığı bildirilir. Yaralılardan bir qadının baş nahiyəsindən qəlpə yarası aldığı və ona hadisə yerində tibbi yardım göstərildiyi açıqlanıb.

Digər zərərçəkənlərin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi qeyd olunur.