Вернуться назад Распечатать

Zelenski ukraynalıları sərt qışa hazırlaşmağa çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski qarşıdan gələn qışın ölkə üçün ən çətin qışlardan biri ola biləcəyini bildirib.

1xeber.media xəbər verir ki, o, bu açıqlamanı Sky News-a verdiyi müsahibədə verib.

Dövlət başçısının sözlərinə görə, ukraynalılar soyuq mövsümdə ciddi çətinliklərə hazırlaşmalıdırlar.

"Əvvəlcə çox çətin bir qışa hazırlaşmalıyıq. Heç kim bunun necə olacağını təsəvvür edə bilməz. Çətin, hətta daha da pis ola bilər. Bu, tərəfdaşlarımızdan və bizdən asılı olacaq", - deyə Zelenski qeyd edib.

Prezident bu açıqlamaları Naftogaz-ın keçmiş baş direktoru Sergey Koretskinin baş nazir təyin olunması ilə əlaqələndirib. O, ölkənin qarşıdan gələn çətinlikləri başa düşən və enerji təhlükəsizliyinə üstünlük verən bir hökumət liderinə ehtiyacı olduğunu bildirib.