Вернуться назад Распечатать

İrandan Kiyevə zərbə ehtimalı barədə xəbərdarlıq edildi

1xeber.media xəbər verir ki, İranda olan bəzi ballistik raketlərin Ukrayna ərazisinə, o cümlədən Kiyevə zərbə endirmək məsafəsinə malik olduğu iddia edilib.

“Voinaya Xronika” Telegram kanalı yazır ki, bu ehtimal Ukraynanın Xəzər dənizində İran gəmisinə zərbə endirməsi halında Tehranın mümkün cavabı ilə bağlıdır.

Məlumata görə, Ukraynanın istifadəsində olduğu iddia edilən və təxminən 3000 kilometr mənzilli “Flamingo” raketi İran ərazisinə zərbə endirmək imkanına malik ola bilər.

Bildirilib ki, İranın orta mənzilli Kheybar Shekan, Fattah və Emad/Ghadr ballistik raketləri isə Ukraynaya çatmaq məsafəsinə malikdir. Kanalın məlumatına görə, İrandakı Təbriz bazası ilə Kiyev arasındakı məsafə təxminən 1800 kilometr təşkil edir.

Qeyd edək ki, bu məlumatlar Rusiya mənbələrinin iddialarına əsaslanır və tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.