Вернуться назад Распечатать

Tailanddan qayıdan sərnişinə Rusiyada iki cinayət işi açıldı

1xeber.media xəbər verir ki, Tailandın Pxuket şəhərindən Yekaterinburqa uçan 40 yaşlı sərnişin barəsində Rusiyada iki cinayət işi başlanıb.

Ural Federal Dairəsi üzrə Nəqliyyatda Daxili İşlər İdarəsinin məlumatına görə, o, vandalizm və ictimai asayişi qoruyan şəxsə müqavimət göstərməklə xuliqanlıq etməkdə şübhəli bilinir.

Bildirilib ki, mayın 7-də təyyarə dispetçeri sərnişinin qeyri-adekvat davranışı barədə polisə məlumat verib. İddialara görə, kişi uçuş zamanı salonun içində siqaret çəkib, ətrafdakılara məhəl qoymadan aqressiv davranıb və “Çıxış” lövhəsini vuraraq zədələyib.

Təyyarə eniş etdikdən sonra o saxlanılıb. Polisə verdiyi izahatda sərnişin həddindən artıq spirtli içki qəbul etdiyini bildirib. Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati həbs cəzası alıb.

Məlumata görə, həmin şəxs dağ-mədən müəssisəsində növbəli işçi kimi çalışır və bundan əvvəl qanunla bağlı problemi olmayıb.