Вернуться назад Распечатать

Məhv edilmiş PUA-nın fraqmentlərini səfirə göstərib, ölkədən "qovdular"

Rumıniya Xarici İşlər Nazirliyi dron hadisəsindən sonra Buxarestdəki Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

1xeber.media xəbər verir ki, departament bu barədə  "X" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb. 

Qeyd olunur ki, Rusiya səfiri Vladimir Lipayev son hadisədən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Görüş zamanı Rusiya səfirinə Buxarestdəki Rusiya Federasiyası missiyasının üzvünün arzuolunmaz şəxs elan edilməsi və ondan beş gün ərzində Rumıniyanı tərk etməsi tələb edilməsi qərarını elan edən rəsmi şifahi nota təqdim edilib", - deyə açıqlamada bildirilir.

Bundan əlavə, Rumıniya səfiri məsləhətləşmələr üçün Moskvadan Buxarestə geri çağırılıb.

Xarici İşlər Nazirliyi əlavə edib ki, rusiyalı diplomata Rumıniya ərazisində məhv edilmiş PUA-nın fraqmentləri də göstərilib.