Вернуться назад Распечатать

Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-roma güləşçisi Ömər Salmanov 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

1xeber.media xəbər verir ki, yarımfinalda o, Rusiya təmsilçisi Soltan İusupovla qarşılaşıb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ö.Salmanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.