“Embraer 190” təyyarəsində olanlardan biri Azərbaycana ailə üzvünün yas mərasimi üçün gəlibmiş.
Məlumatı “SHOT” Teleqram kanalı yayıb.
Bildirilib ki, 36 yaşlı Zaur Məmmədov üç gün əvvəl Bakıda atasını dəfn edib. O, Rusiyaya qayıdarkənqəzaya düşüb. Zaur sağ qalıb və hazırda Qazaxıstanda xəstəxanadadır.