Вернуться назад Распечатать

Britaniyalı analitik Rusiyanın Kiyevə zərbələrini dəyərləndirdi

1xeber.media xəbər verir ki, britaniyalı hərbi analitik Aleksandr Merkuris Rusiyanın Ukraynaya, o cümlədən Kiyevə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrin intensivləşdiyini bildirib.

O, YouTube kanalında çıxışı zamanı iddia edib ki, Rusiya qüvvələri Ukraynanın hərbi-sənaye obyektlərini hədəfə alır və zərbələr getdikcə Kiyevin mərkəzi hissəsinə yaxınlaşır.

Merkurisin sözlərinə görə, həmin ərazilərdə qərar qəbuletmə mərkəzlərinin yerləşməsi ehtimal olunur. O hesab edir ki, Rusiya ordusunun hücumları təsadüfi deyil, sistemli xarakter daşıyır.

Bundan əvvəl Rusiya mənbələri “Geran-4 Seeker” pilotsuz uçuş aparatının Dnepropetrovskda Ukrayna Silahlı Qüvvələrinin logistika mərkəzinə zərbə endirdiyini əks etdirən görüntülər yayımlamışdı.

Qeyd edək ki, bu açıqlamalar britaniyalı analitikin şəxsi qiymətləndirməsidir və münaqişə tərəfləri tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.