Вернуться назад Распечатать

Rusiyada lazer silahının müharibənin gedişini dəyişə biləcəyi bildirildi

1xeber.media xəbər verir ki, Rusiyanın “Svaroq” Elmi-İstehsalat Mərkəzinin nümayəndəsi lazer silahlarının pilotsuz uçuş aparatlarına (PUA) qarşı yüksək effektivlik nümayiş etdirdiyini və bu texnologiyanın gələcəkdə ölkənin hərbi-sənaye kompleksinə ciddi təsir göstərə biləcəyini bildirib.

TASS agentliyinə açıqlama verən nümayəndənin sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı istifadə olunan “Knyaz Vandal Novqorodski” optik liflə idarə olunan pilotsuz aparatlarının uğurlu tətbiqi bu istiqamətdə texnologiyaların inkişafını sürətləndirib.

O qeyd edib ki, oxşar tendensiya lazer silahlarının PUA-lara qarşı tətbiqində də müşahidə olunur. Nümayəndənin fikrincə, son illərdə müasir döyüş əməliyyatlarının aparılma üsulları əhəmiyyətli dərəcədə dəyişib.

Bundan əlavə, lazer silahlarının pilotsuz aparatlara qarşı istifadəsinin nisbətən aşağı xərc tələb etməsi bu texnologiyanın əsas üstünlüklərindən biri kimi qiymətləndirilib.

Qeyd edək ki, bu açıqlamalar Rusiyanın “Svaroq” Elmi-İstehsalat Mərkəzinin nümayəndəsinə məxsusdur və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.