Вернуться назад Распечатать

Bakının bəzi ərazilərində su olmayacaq

Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində 28.07.2026-cı il tarixi səhər saatlarından 30.07.2026-cı il tarixi günorta saatlarınadək su təminatında fasilə yaranacaq.

Bu barədə ADSEA-nın Mətbuat xidmətindən 1xeber.media-ya daxil olan məlumatda bildirirlir.

Agentlik yaranmış müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.