Вернуться назад Распечатать

Rusiyalı deputatlara hərbçilərə dəstək verməyə hazır olmaq çağırışı edilib

1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının təhlükəsizlik komitəsinin üzvü Mixail Şeremet parlament nümayəndələrini hərbçilərə istənilən vaxt dəstək göstərməyə hazır olmağa çağırıb.

Şeremet bildirib ki, deputat korpusu hərbçilərə yalnız mənəvi və sosial dəstək verməklə kifayətlənməməli, həmçinin müəyyən hərbi bacarıqlara da malik olmalıdır.

Deputat qeyd edib ki, söhbət həm xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərə və onların ailələrinə yardımdan, həm də birbaşa hərbi hazırlıqdan gedir. O, nümunə kimi “Bars-Krım” könüllü birliyinə qoşulan deputatları göstərib.

Xatırladaq ki, daha əvvəl Dövlət Dumasının deputatı Aleksey Juravlyov müsahibə zamanı xüsusi hərbi əməliyyatda iştirakı ilə bağlı sualdan sonra qalmaqallı davranışı ilə gündəmə gəlmişdi. Daha sonra o, döyüş bölgəsində olan “Rodina” partiyasının üzvləri barədə açıqlama vermişdi.