Вернуться назад Распечатать

Səbinə Hacıyevaya yüksək vəzifə verildi

Səbinə Hacıyeva İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib.

1xeber.media  xəbər verir ki, bununla bağlı müvafiq qərar verilib.

S.Hacıyeva bu gündən yeni vəzifəsinin icrasına başlayıb.

O, Bakı Slavyan Universitetində "Rus dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə bakalavr, daha sonra "Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə əlavə təhsil alıb. S.Hacıyeva 2001-ci ildən peşə təhsili sistemində müxtəlif rəhbər və pedaqoji vəzifələrdə çalışıb. 2025-ci ilin yanvarından "Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ndə direktor müavini, daha sonra isə direktor vəzifəsini icra edib.