Вернуться назад Распечатать

Zelenski Trampla görüş üçün Ağ Evə gəlib

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüş keçirmək üçün Ağ Evə gəlib.

Reuters agentliyinin məlumatına görə, görüş qapalı formatda keçiriləcək və jurnalistlərin iştirakı nəzərdə tutulmayıb. Bildirilir ki, liderlər arasında danışıqların qısa sürəcəyi gözlənilir.

Məlumata əsasən, görüşdə Moskva ilə Kiyev arasında münaqişənin nizamlanması prosesi, eləcə də Patriot zenit-raket kompleksləri üçün raket-tutucuların istehsalına icazə məsələsinin müzakirə olunacağı gözlənilir.