Sorğu: Rusiyalılar üçün əsas həyat məqsədi övladına mənzil almaqdır
1xeber.media xəbər verir ki, OCTOBER GROUP şirkətinin apardığı araşdırmaya əsasən, rusiyalıların əksəriyyəti övladları və nəvələri üçün mənzil almağı həyatlarının əsas məqsədlərindən biri hesab edir.
Sorğuda iştirak edənlərin 20 faizi mənzil alınmasını həyatdakı əsas məqsəd kimi qiymətləndirib, 60 faizi isə bunu prioritet hədəflərdən biri adlandırıb.
Respondentlərin 85 faizi mənzilin uşaq üçün ən yaxşı “başlanğıc kapitalı” olduğunu düşünür. Sorğu iştirakçılarının 15 faizi isə uşaqların hər şeyə öz zəhmətləri ilə nail olmalı olduqlarını bildirib.
Araşdırmaya görə, respondentlərin 58 faizi miras qalmış mənzili ailə ocağı hesab edir. Bununla belə, iştirakçıların 80 faizi övladlarının yaşayış şəraitini yaxşılaşdırmaq üçün böyüdükləri evi satmağa hazır olduqlarını deyib.
Bundan başqa, sorğuda iştirak edənlərin 33 faizi mənzili 40 il və ya daha uzun müddət üçün ailə sərvəti kimi dəyərləndirərək bu istiqamətdə investisiya etməyə hazır olduqlarını qeyd edib.
Xatırladaq ki, daha əvvəl aparılan başqa bir araşdırmada rusiyalıların bir çoxunun ala bilmədikləri mənzillərin satış elanlarına mütəmadi baxdıqları bildirilmişdi.